Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şəbəkədə domenlərin ümumi sayı 276 milyonu ötüb
“Verisign” şirkəti domen sənayesi üzrə bu ilin birinci rübünə həsr edilmiş hesabat təqdim edib. 31 mart tarixinə olan məlumata görə, qeydiyyatdan keçmiş domenlərin (bütün domen zonalarında) ümumi sayı 276 milyon olub. Bu halda cari ilin ilk üç ayı ərzində domenlərin sayı 5 milyon artıb.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 5 milyondan 3,6 milyonu milli domenlərin payına düşüb.
“Verisign” şirkətinin məlumatına görə, qlobal şəbəkə istifadəçiləri hər dəqiqə 204 milyon elektron poçt mesajı göndərirlər.
Emil Hüseynov
13/08/14 Çap et