Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter”də 23 milyon saxta hesab mövcuddur
“Twitter” mütəxəssisləri mikrobloqlar xidmətində hesabların sayını araşdırıblar. Şirkət investorlar üçün öz maliyyə perspektivlərini əhatəli təqdim edə bilməsi üçün auditoriyasının “keyfiyyət”ini qiymətləndirib.
Belə ki, saxta “mikrobloqer”lərin payı bütün istifadəçilərin təxminən 8.5 faizini və ya 23 milyon hesab təşkil edir.
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Twitter”in auditoriyası 271 milyon aktiv istifadəçidən ibarətdir. Mütəxəssislər müəyyən ediblər ki, bütün botlar spamın göndərilməsi ilə məşğul olmur. Bir çox robot hesablar avtomatik olaraq hava proqnozunu və ya ən məşhur xəbərləri post edirlər.
Emil Hüseynov
13/08/14 Çap et