Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda döyüş maşınları kompüterləşdirilib
Azərbaycan istehsal etdiyi silahlara informasiya-kommunikasiya texnologiyalarını inteqrasiya edib. Belə ki, ölkədə istehsal olunan döyüş maşınları kompüterləşdirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn ay Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisində yerli mütəxəssislər tərəfindən hazırlanan yeni döyüş texnikalarını ilk dəfə ictimaiyyətə təqdim edəcək.
Artıq yeni döyüş maşınları ilk testlərdən keçib. Onların üzərində müəyyən təkmilləşmə işləri aparılıb.
Maşınlar mina və güllələrə qarşı yüksək qorumaya malikdir və yerli istehsal olan döyüş modulu ilə silahlandırılıb. Hər iki döyüş maşının idarəetmə sistemi kompüterləşdirilib.
SEYMUR
13/08/14 Çap et