Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hansı ölkədə daha çox spam məktublar göndərilir?
2014-cü ilin ikinci rübündə ən çox spam (spamdan ibarət göndərilmiş məktublar) mənbəyi ABŞ-da (13,4%) qeydə alınıb. Sonrakı yerlərdə Rusiya (6%), Vyetnam (5%) qərarlaşıb. Bu haqda "Kasperski Laboratoriyası" məlumat paylaşıb.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, birinci rüblə müqayisədə ümumi poçt trafikində spamın bazar payı 2,2% artaraq məktubların ümumi sayının 68,6%-ni təşkil edib.
2014-cü ilin birinci rübündə spamerlər arasında olimpiada mövzusu populyar olub, ikinci rübdə futbol üzrə dünya çempionatı onların diqqətini cəlb edib.
Emil Hüseynov
13/08/14 Çap et