Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti metal korpusla təchiz edilmiş “Galaxy Alpha” smartfonunu nümayiş etdirib



 “Samsung Electronics” metal korpusla təchiz edilmiş “Galaxy Alpha” smartfonunu nümayiş etdirib. Bundan başqa, Cənubi Koreya şirkəti bu telefonda ilk dəfə “iPhone 5”də olduğu kimi “nanoSIM” slotundan istifadə edib.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, aparatın 4.7 düymlük “Super AMOLED” ekranının təsvir ölçüsü 1280x720 nöqtə təşkil edir. Aparatın komponentlərinin işinə səkkiznüvəli “Exynos” prosessoru cavabdehdir. “Android 4.4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
 
Əsas kameranın təsvir ölçüsü 12 meqapikseldir, “Full HD” formatında video çəkilişi dəstəkləyir. Qurğunun ön tərəfinə videozəng və “selfi” şəkillər üçün 2,1 meqapiksellik kamera quraşdırılıb.
 
Dəstəklənən simsiz kommunikasiyalara “4G LTE-A C”, “3G HSPA+”, “Wi-Fi 802.11ac (2x2 MIMO)”, “Bluetooth 4.0 LE”, “GPS” və “NFC” aiddir. Akkumulyator batareyasının tutumu 1860 milliamper/saat təşkil edir. Daxili yaddaşın həcmi 32 QB, əməli yaddaş isə 2 QB-dır. 6,7 millimetrlik korpusa malik smartfonun çəkisi 115 qramdır.
 
 Qeyd edək ki, bu ilin sentyabrında “Galaxy Alpha” smartfonunun satışına başlanılacaq.
 
Emil Hüseynov
 
 




13/08/14    Çap et