Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Jelly Bean” “Android” platformasının ən geniş yayılmış versiyasıdır
“KitKat” versiyası “Android” qurğular bazarında öz mövcudluğunu genişləndirir. “Google” öz mobil platformasının versiyalarının populyarlığı haqda yeni statistikanı tərtibatçılar üçün “Android Developer Dashboard” bölməsində elan edib.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki,12 avqust 2014-cü il tarixdən hesablanan 7 günlük dövrdə tərtib edilmiş qiymətləndirməyə əsasən, 2013-cü ilin oktyabrında buraxılmış “Android 4.4 KitKat” mobil əməliyyat sistemi “Google”un mobil əməliyyat sistemi ilə işləyən smartfon və planşetlərin 20.9%-nə quraşdırılıb. İyulda bu göstərici 17,9%, iyunda 13% olub.
“Jelly Bean” (“Android 4.1-4.3”) ən geniş yayılmış versiya olaraq qalır, bazar payı 54,2%-ə bərabərdir.
Emil Hüseynov
14/08/14 Çap et