Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo” daha çox mobil telefon satır


Bir neçə il bundan əvvəl Çinin “Lenovo” şirkəti, hər şeydən əvvəl, ən böyük fərdi kompüter (FK) tədarükçüsü kimi özünü tanıdıb. Amma 2014-cü ildə şirkət kompüterlərlə müqayisədə daha çox smartfon satır və haqlı olaraq mobil şirkət adlandırıla bilər.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Lenovo”nın cari rüb ərzində smartfonlarının tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 39  faiz artaraq 15,8 milyon qurğuya çatıb. Bu halda Çin firması 14,5 milyon FK satıb.

Amma smartfonların çox hissəsi (13 milyon) daxili bazarda satılıb. Çində “Lenovo”nın mövqeyi həm qabaqcıl, həm də ucuz qurğular seqmentində güclüdür. “Lenovo” şirkəti özünü Çində ən populyar qurğu istehsalçısı adlandırır, ancaq ekspertlər onu “Xiaomi”dən sonra ikinci yerdə qərarlaşdırıblar.
 
Emil Hüseynov




14/08/14    Çap et