Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qlobal məkanda istehlakçılar innovativ ödəniş alətləri və metodlarının 60 faizə qədərindən ümumiyyətlə istifadə etmir
Son illər ödəniş sistemləri bazarında yeni texnologiyalar sürətlə tətbiq edilməyə başlayıb. İnnovasiyaların ödəniş sistemləri bazarına təsirini qiymətləndirmək üçün Dünya Bankı ödəniş sistemlərində innovativ alətlər və metodları əhatə edən sorğu keçirib.
Sorğuda 101 ölkənin Mərkəzi Bankı iştirak edib və ümumilikdə, 173
innovativ ödəniş alətləri və metodları əhatə edilib. Sorğunun əsas nəticələri haqda Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzindən məlumat verilib. Ödəniş sistemləri sahəsində innovasiya sorğusunun nəticələri göstərir ki, innovativ ödəniş alətləri və metodlarından istifadə səviyyəsi sürətlə artmağa başlayıb:
“İnnovativ ödəniş alətləri və metodlarından istifadə ənənəvi metodlardan hələ də geri qalır. Halbuki, ölkələrin 14 faizdən çoxu maliyyə inklüzivliyinin artırılması üçün bunu vacib amil hesab edir. Qeyri-maliyyə təşkilatlarının innovativ ödəniş alətləri və metodlarının təmin edilməsində böyük rol oynamasına baxmayaraq, banklar bu sahədə hələ də üstün mövqedə qalmaqdadır. İstehlakçılar innovativ ödəniş alətləri və metodlarının 60 faizə qədərindən ümumiyyətlə istifadə etmir. İnnovativ ödəniş alətləri və metodların təmin etdiyi əsas ödəniş növlərinə “P2B” (istehlakçı-biznes) ödənişləri, kommunal ödənişlər və “P2P” (istehlakçı-istehlakçı) ödənişləri aid edilir. İnnovativ ödəniş alətləri və metodlarının 10 faizdən də az hissəsi hökumət ödənişlərinin payına düşür”.
İnnovativ ödəniş alətləri və metodlarının əksəriyyətinin məhdud qarşılıqlı istifadə olunma imkanları var. İnnovativ ödəniş alətləri və metodlarının kifayət qədər inkişaf etmiş qiymətqoyma mexanizmləri mövcuddur:
“Ümumiyyətlə, innovativ ödəniş alətləri və metodları birbaşa klirinq və hesablaşma infrastrukturuna qoşulmayıb. Bu sahədə təhlükəsizlik və fırıldaqçılıq məsələləri diqqətdən kənarda qalmaqdadır. Mərkəzi Banklar innovativ ödəniş alətləri və metodlarının 60 faizinə yalnız özlərinin, 10 faizinə isə digər orqanlarla əməkdaşlıq vasitəsilə nəzarət etdiklərini bildirirlər. Ümumilikdə, mərkəzi banklar innovasiyaların öz ölkələrində gözlənilən təsirini qiymətləndirmək iqtidarındadırlar”.
Həqiqət İSABALAYEVA
15/08/14 Çap et