Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ilin sonunadək dünyada “LTE” abunəçilərinin sayı 411 milyona çatacaq


“ABI Research”ün ekspertlərinin proqnozuna görə, 2014-cü ilin sonunadək “LTE” şəbəkəsinin abunəçilərinin sayı 411 milyona çatacaq, “LTE-Advanced” xidməti abunəçilərinin sayı isə 22 milyon təşkil edəcək.


“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin ikinci rübünün sonuna olan vəziyyətə görə dünyada 337 “LTE” mobil şəbəkəsi işə salınıb. Hazırda Şimali Amerika və Asiya-Sakit okean regionunda “LTE”dən “LTE-Advanced” şəbəkəsinə aktiv keçid  müşahidə olunur, Qərbi Avropa bu istiqamətdə bir az geri qalır.

“ABI Research”ün qiymətləndirməsinə əsasən, 2014-cü ildə “LTE” telefonların tədarükü 482 milyona çatacaq. Ötən il bu göstərici 150 milyon olub. Mütəxəssislər hesab edir ki, 2019-cu ilin sonunadək bu göstərici 1,34 milyarda çatacaq.
 
Emil Hüseynov
 
 





15/08/14    Çap et