Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sentyabrda smartfon bazarında “bum” yaşanacaq
5-10 sentyabr tarixlərində Berlində keçiriləcək "IFA 2014" istehlak elektronikası sərgisində bir çox yeniliklər nümayiş etdiriləcək.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Samsung Electronics" Almaniyaya "Galaxy Note 4" qabaqcıl fabletini, "Sony Mobile Communications" şirkəti 5.2 düymlük "Xperia Z3" smartfonunu nümayiş etdirəcək, "Huawei Device" "Ascend Mate 7" və ya "Ascend D7" modellərini təqdim edəcək.
Bu yaxınlarda "Nokia"nın telefon biznesini satın almış "Microsoft" korporasiyası, həmçinin "IFA 2014"ü diqqətdən kənarda saxlamayacaq və sərgidə "Lumia 730" və ya "Lumia 830" smartfonlarından birini təqdim edəcək.
Alman sərgisində "Intel" korporasiyası da yeni məhsullarını nümayiş etdirəcək. "Intel"in vitse-prezidenti Kirk Skauqen keçirəcəyi konfransda kompüter innovasiyaları və gələcək trendlərdən söhbət açacaq.
Emil Hüseynov
15/08/14 Çap et