Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnkişaf etməkdə olan ölkələrin əhalisi fabletə üstünlük verirlər
Bütün dünyada, həmçinin inkişaf etməkdə olan ölkələrdə fabletlərə maraq artır. “Jana” tədqiqat firmasının əməkdaşları tərəfindən 9 ölkədə 1386 smartfon istifadəçisi arasında keçirilmiş sorğu bunu təsdiqləyib.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Hindistan, İndoneziya, Vyetnam, Meksika və Filippindən bir çox respondent 5 düymlük ekranlı telefonu satın almaq istəyir. 5,5 və daha böyükölçülü cihazlara Keniya, CAR və Braziliyada tələbat daha çoxdur.
“CNET” nəşri yazır ki, Nigeriyada yerli sakinlərin 19 faizi 4 düymlük smartfonlara, 18 faizi 4,5 düymlük ekranlı modellərə, respondentlərin 17 faizi isə fabletlərə üstünlük verirlər.
Sorğu iştirakçılarının bir hissəsi 4 düymlük cihazlardan istifadənin daha rahat olduğunu vurğulayıb. Bəzi istifadəçilərin fikrincə, belə qurğular öz yığcamlığı və cibdə yerləşdirilmə rahatlığı sayəsində onları cəlb edir.
“IDC” analitiklərinin məlumatına görə, 2013-cü ildə fabletlərin qlobal tədarük həcmi 30 milyonu ötüb.
Emil Hüseynov
15/08/14 Çap et