Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq dövlət qulluğuna qəbul olmaq istəyənlər biliklərini “Elektron hökumət” portalında onlayn sınaq vasitəsilə yoxlaya bilərlər


Bir müddət öncə məlumat vermişdik ki, Azərbaycan  Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Onlayn sınaq test imtahanlarının keçirilməsi” xidmətini istifadəyə verib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq sözügedən xidmət “Elektron hökumət” portalına (“e-gov.az”) inteqrasiya edilib.
 
Elektron xidmət inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşlar ilə onlayn sınaq test imtahanının keçirilməsi üçün istifadə edilir.
 
Xidmətin göstərilməsi nəticəsində vətəndaşa sınaq imtahanının nəticəsi barədə arayış verilir.
 
Qeyd edək ki, ümumilikdə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Elektron hökumət” portalı istifadəçilərinin ixtiyarına verdiyi xidmətlərinin sayı 5-ə çatıb.
 
CAHANGİR

 




16/08/14    Çap et