Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İpoteka predmeti olan daşınmaz əmlaka dair iki xidmət elektronlaşdırılıb
“İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu” və “İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ləğvi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri tam elektronlaşdırılaraq istifadəyə verilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi bu elektron xidmətlər artıq “Elektron hökumət” portalına əlavə edilib.
Birinci xidmətin göstərilməsi nəticəsində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması, ikinci xidmətin göstərilməsi nəticəsində isə adıçəkilən bildirişin ləğvi barədə arayış ərizəçiyə təqdim edilir.
CAHANGİR
16/08/14 Çap et