Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın yeni smartfonunun adı bəlli oldu


"9to5Mac" nəşri Çinin "Apple Daily" saytına istinadən yazır ki, 5,5 düymlük ekranlı növbəti nəsil "Apple" smartfonu "iPhone 6L" adlandırıla bilər.
 
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, bundan başqa, "Apple Daily" saytı 5,5 düymlük diaqonallı ekranla təchiz edilmiş "iPhone" smartfonunun həqiqi şəkillərini yerləşdirib və iddia edir ki, "böyük smartfon" 2915 milliamper/saat tutumlu  akkumulyatorla (müqayisə üçün: "iPhone 5s"də akkumulyatorun tutumu 1560 milliamper/saatdır) təchiz ediləcək.
 
Emil Hüseynov
 





18/08/14    Çap et