Yaponiya 2020-ci ilədək dünyada ilk dəfə “5G” rabitəsindən istifadə etməyə başlayacaq
Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri 2020-ci ilədək "5G" rabitə standartını hazırlamaq və istifadəyə vermək niyyətindədir. Bu barədə "The Yomiuri Shimbun" nəşri məlumat verib.
Qəzetin məlumatına görə, nazirlik planını 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində həyata keçirməyi nəzərdə tutur. Bildirilir ki, elmi işlərə çəkiləcək bütün xərclər 2015-ci il maliyyə büdcəsinə (1 aprel 2015-ci ildə başlayır) daxil ediləcək.
Cari ilin sonunadək Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri, həmçinin ölkənin aparıcı telekommunikasiya şirkətləri, mobil operatorlar və elektronika istehsalçılarının nümayəndələrinin daxil olacağı xüsusi şura yaratmağı planlaşdırır, - "İTAR-TASS"
www.itar-tass.com yazır.