Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnternetin ilkin günahı”


Dizayner və proqramçı İtan Zukerman 1990-cı illərin ortalarında reklam pəncərələri yaratdığına görə internet istifadəçilərindən üzr istəyib. Zukermanın məqaləsi "İnternetin ilkin günahı" başlığı altında "The Atlantic" nəşrində dərc edilib.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, 20 il bundan əvvəl Zukerman "Tripod" şirkətində işləyib. Bu şirkət istifadəçi səhifələrinin təhlili ilə məşğul olaraq hədəflənmiş reklam sahəsində pioner olub. Bu fəaliyyət nəticəsində bu günədək istifadəçilərin narahatçılığına səbəb olan reklam pəncərələri yaradılıb.
 
"Bu, reklamın bilavasitə səhifədə yerləşdirmədən reklam xəbərinin tərkibini istifadəçi səhifəsi ilə əlaqələndirmək üsulu idi. Çünki reklam brendi və səhifənin məzmunu arasında arzuolunmaz uyğunluq elan verənləri narahat edirdi. Mən ayrıca pəncərənin işə salınması və ora reklam bannerinin yüklənməsi üçün kod yazdım. Mən üzr istəyirəm. Bizim niyyətimiz xeyirxah olub", – Zukerman yazıb.
 
İki həftə sonra rəqib "Geocities" saytı Zukermanın proqram kodundan istifadə edərək üzə çıxan pəncərə kodunu kopyalayıb. İndiyədək mövcud olan reklam biznes modeli beləcə yaranıb.
 
Emil Hüseynov
 




18/08/14    Çap et