ABŞ şirkətləri Avropa qanunvericiliyinin məlumatların məxfiliyi haqqında tələblərini rədd edir
“ZDNet” nəşrinin bir qrup hüquq müdafiəçisinin ABŞ Federal Ticarət Komissiyasına (FTC) etdiyi şikayətinə istinadən məlumatına görə, 30-dan çox iri texnoloji şirkət ABŞ hökuməti tərəfindən Avropa İttifaqı (Aİ) sakinlərinin məlumatlarının emalı ilə bağlı təqdim edilən zəmanəti təmin etmək iqtidarında deyil.
Şikayətçilərin hüquqlarını müdafiə edən Rəqəmli Demokratiya Mərkəzi (CDD) hüquqşünaslarının sözlərinə görə, söhbət “Salesforce”, “Adobe”, “AOL” və s. şirkətlərdən gedir. Onlar xəbərdarlıq etmədən və razılıq almadan Aİ istifadəçilərinin fərdi məlumatlarını toplayır, istifadə və mübadilə edirlər ki, bu da mövcud normaların pozulmasıdır.
Burada söhbət “US-EU Safe Harbor” qanunundan gedir. Qanuna əsasən, avropalılara məxsus informasiya ABŞ serverlərində Aİ standartları səviyyəsində təhlükəsizliyi və qorunması təmin edilən müddətədək ötürülə və saxlanıla bilər.
“ABŞ vədinə əməl edə bilmir. Tərəfimizdən aparılan araşdırmalardan məlum olub ki, “FTC” tərəfindən həyata keçirilən nəzarətin səviyyəsi çox aşağıdır”, - “CDD”nin icraçı direktoru Ceff Çester bildirib, - “SecurityLab”
www.securitylab.ru yazır.