Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ilədək mobil tətbiq bazarında gəlir 60 milyard dolları ötəcək


"Strategy Analytics" tədqiqat şirkəti mobil tətbiq bazarında kəskin artım haqda məlumat verib. 2014-cü ildə mobil tətbiq bazarında qlobal gəlir 33,7 milyard dollar təşkil edəcək. 2013-cü ildə bu göstərici 21,4 milyard dollar olub. 2018-ci ildə isə bazarın həcmi 60 milyard dolları ötəcək.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hazırda bazarda gəlirin çox hissəsi daxili satınalmalar ("in-app purchases") modelindən istifadə edən ödənişsiz tətbiqlərin, ümumi gəlirin 20 faizdən çox hissəsi ödənişli proqramların payına düşür. "Strategy Analytics" şirkətinin analitikləri hesab edirlər ki, 2018-ci ilə qədər sonuncunun payı 16 faizdək azala bilər.
 
Tədqiqata əsasən, yaxın illərdə "App Store" və "Google Play" mobil qurğular üçün ən böyük tətbiq satıcısı olaraq qalacaq, "Windows Phone Store" və "Amazon Appstore" ticarət meydançaları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.
 
Emil Hüseynov




18/08/14    Çap et