Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” dünyada ilk dəfə olaraq əyilmiş monitor istehsal edib
“LG Electronics” şirkəti dünyada ilk “21:9” formatlı tərəf nisbətli “kinematiqrafik” əyilmiş kompüter monitoru istehsal edib.
“ICTnews” elektron xəbər xidmətinin “DailyComm” nəşrinə istinadən verdiyi məlumata əsasən, yeni model sentyabrın əvvəlində Berlində keçiriləcək “IFA 2014” sərgisində təqdim ediləcək.
“34UC97” adlı model “In-Plane Switching” texnologiyası üzərində hazırlanmış 34 düymlük displeyə malikdir. Monitorun ölçüsü “3440 х 1440” nöqtədir və “16:9” formatında hazırlanıb.
Tərtibatçılar israr edirlər ki, bu cür əyilmiş ekranda orijinal keyfiyyətdə filmlərə baxmaq daha rahatdır.
Qeyd edək ki, bir çox müasir monitor və televizor “16:9” tərəf nisbətinə malikdir.
Məhsulun xüsusiyyətlərinin tam çeşidi göstərilməyib.
Aynur Vəliyeva
18/08/14 Çap et