Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” “Windows” yeniləməsini silməyi tövsiyə edir
"Microsoft" şirkəti "Windows"un sonuncu təhlükəsizlik yeniləməsini silməyi tövsiyə edib. Belə ki istifadəçilər yeniləməni yüklədikdən sonra "göy ekran" problemi ilə rastlaşıblar.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Microsoft" şirkəti üç səhvi aradan qaldırmaq üçün "MS 14-045" yeniləməsini avqustun 12-də buraxıb. Amma onu quraşdırdıqdan sonra "Microsoft"un texniki dəstək forumunda "göy ekran" kimi tanınan "Step 0x50" səhvi haqda çoxsaylı məlumatlar yerləşdirilib.
"Hazırda "Microsoft" bu yeniləmənin quraşdırılması ilə bağlı sistemin işini araşdırır. İstifadəçilərə bu yeniləməni silməyi tövsiyə edirik. "Microsoft" əlavə tədbir qismində 2982781 nömrəli təhlükəsizlik yeniləməsinə istinadları silib", – şirkətin saytında yazılıb.
Emil Hüseynov
19/08/14 Çap et