Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İcazələrin elektron informasiya portalının növbəti statistik göstəriciləri açıqlanıb
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış “www.icazeler.gov.az” portalının xidmətlərindən iyul ayında 6200-ə yaxın, indiyədək isə 290 minə yaxın internet istifadəçisi yararlanıb.
Nazirlikdən verilən məlumata görə, iyul ayında yerli istifadəçilərlə yanaşı, əsasən Rusiya, ABŞ, Türkiyə, İtaliya və Almaniyadan olan istifadəçilər portalın xidmətlərindən istifadə ediblər.
Məlumat üçün bildirək ki, sözügedən portal icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılıb.
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədi ilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 18 dövlət qurumunun 140 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.
CAHANGİR
19/08/14 Çap et