Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Maliyyə Nazirliyi İT avadanlıqlarını yeniləyir


Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İT avadanlıqların satınalınması ilə bağlı kotirovka sorğusu elan edib.  
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, agentlik dispetçer otağı üçün kompüter, müxtəlif monitor və digər avadanlıqların kotirovkalar sorğusu üsulu ilə satınalınmasını həyata keçirir.
Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər avqustun 25-dək qəbul olunur.

Maraqlanan təşkilatlar 404-46-99 əlavə 3-82 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Aynur Vəliyeva




19/08/14    Çap et