Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın 32 ölkəsinin kompüter şəbəkəsi gizli yolla yoxlanılıb
Böyük Britaniya dünyanın 32 ölkəsində yerləşmiş müxtəlif kompüter şəbəkələrində portların skan edilməsində ittiham olunur.
Bu, boşluq və açıq portların axtarışı məqsədi ilə edilib. Əməliyyat Hökumət Rabitə Mərkəzi (GCHQ) adlı təşkilatın mütəxəssisləri tərəfindən həyata keçirilib.
“Engadget” portalı yazır ki, GCHQ mərkəzi müxtəlif internet xidmətlərində istifadəçi hesablarına müdaxiləsi ilə tanınır. Britaniya tərəfindən təşkil edilmiş yeni oyun daha geniş auditoriyanı əhatə edir.
Kibercasuslar “Hacienda” proqram təminatından istifadə edərək sistem və boşluqların mövcudluğuna görə başqa ölkələrin şəbəkələrini yoxlayıblar. Təhlükəsizlik sistemində aşkarlanmış boşluqlardan parol və başqa şəxsi informasiyanın ələ keçirilməsində istifadə etmək olar.
“ICTnews” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, “Olympia” alətinə sahib olan britaniyalılar lazımi məlumatı əldə etmək üçün sadəcə bir neçə dəqiqə sərf etməli olublar.
GCHQ mərkəzində tətbiq olunan texnologiya haker proqramların köməyi ilə portları skan edə bilir. Amma britaniyalı kibercasuslar 2009-cu ildən beynəlxalq sistemləri boşluq baxımından yoxlayıblar və bu müddətdə dünyanın 32 ölkəsinin şəbəkəsi haqqında məlumat toplayıblar.
Emil Hüseynov
19/08/14 Çap et