Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ildə qlobal sensor modul bazarının həcmi 14 faiz yüksələcək


“NPD DisplaySearch” tədqiqat şirkətinin analitikləri hesab edirlər ki, 2014-cü ildə qlobal sensor modulu bazarında artım  həcmi ötən illə müqayisədə daha zəif olacaq. Bu zəif tendensiyanın əsas səbəbi sensor modullarla təchiz edilmiş noutbuk və monoblok fərdi kompüterlərə tələbatın azalması ilə bağlıdır.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin proqnozuna əsasən, cari ildə sensor modulların tədarükü  14 faiz yüksələrək 1,72 milyard dollara çatacaq. Müqayisə üçün bildirək ki, ötən il bu bazarda 17 faizlik artım qeydə alınıb.
 
“NPD DisplaySearch”ün tədqiqatlar üzrə direktoru Kelvin Se hesab edir ki, azalma sensor ekranlı noutbuk və monobloklara zəif tələbatla bağlıdır – belə modellər xeyli bahalıdır, ancaq bazarda təklif edilən form-faktorlar hələ istehlakçılar üçün bir o qədər cazibədar deyil.
 
Kelvin Senin proqnozuna əsasən, kommunikator və planşet qurğuları sensor modullar bazarında əsas artım drayveri rolunu oynayacaqlar. Analitik iddia edir ki, növbəti iki ildə bu seqmentin həcmi ildə 10 faiz yüksələcək.
 
Emil Hüseynov




19/08/14    Çap et