Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” daha sadə olmağa qərar verib


“Facebook” sosial şəbəkəsi məxfilik sazlamalarını sadələşdirəcək. İstifadəçi öz səhifəsində kimlərin bu və ya digər informasiyaya baxa bildiyinə nəzarət etmək üçün artıq sazlama bölməsinə keçməli olmayacaq.

Profil səhifəsində giriş idarəetmə düymələri olacaq. Bu düyməyə sıxmaqla istifadəçi bu və ya digər məlumatlara baxmağa məhdudiyyətlər təyin edə bilər. Analoji sazlamaları xəbər lentindəki nəşrlərə də tətbiq etmək olar. Profil səhifəsində “View Profile as" düyməsi yaranacaq.

“Facebook” istifadəçiləri öz yerini göstərmək və onların yaxınlığında kimlərin olduğunu dəqiqləşdirmək imkanı əldə edəcəklər. Bundan əvvəl bu funksiya yalnız “Facebook”un mobil əlavəsində işləyirdi. Yeniliklər ən yaxın günlərdə tətbiq ediləcək.




24/08/11    Çap et