Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft”un keçmiş direktoru Stiv Balmer şirkətin Direktorlar Şurasını tərk edib
“Microsoft”un keçmiş baş direktoru Stiv Balmer Direktorlar Şurasında postunu tərk edərək şirkətdəki fəaliyyətini başa vurub. Bu haqda Balmerin şirkətin indiki direktoru Satya Nadellaya göndərdiyi açıq məktubunda məlumat verilib.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bundan sonra Balmer diqqətini müəllimlik fəaliyyətinə, həmçinin “Los Angeles Clippers” basketbol klubuna yönəltmək niyyətindədir.
Balmer 2000-ci ildən 2013-cü ilin sonunadək “Microsoft” korporasiyasına rəhbərlik edib. O, şirkətdə 34 il işləyib. 2014-cü ilin fevralında baş direktor vəzifəsində onu Satya Nadella əvəzləyib.
Balmer vida məktubunda qeyd edib ki, proqram təminatının hazırlanması “Microsoft”un yeni strategiyasında əsas rol oynayacaq, ancaq müvəffəqiyyət üçün korporativ həllər yaratmaq lazımdır.
Emil Hüseynov
20/08/14 Çap et