Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil telefonla “YouTube”da videoya baxmaq daha sərfəli olacaq


"YouTube"un hazırladığı premium musiqi xidməti "Music Key" adlanacaq və onun aylıq abunə haqqı 10 dollar təşkil edəcək. Bu haqda "Android Police" nəşri yazıb.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, hələ iyun ayında "Youtube" onlayn musiqi xidməti üzərində işlədiyi haqda məlumat verilmişdi. Amma layihənin detalları indiyədək məlum deyildi. "YouTube" nümayəndələri ad və qiymətlə bağlı cari informasiyanı hələ ki təsdiqləməyiblər.
 
Hazırda "YouTube" internetdə ən böyük ödənişsiz musiqi mənbələrindən biridir. Amma video "YouTube"dan fon musiqi xidməti istifadəni çətinləşdirir. Bundan başqa, "YouTube"dan mobil telefonla  musiqi mənbəyi kimi istifadəyə həddən artıq çox trafik sərf edilir.
 
Emil Hüseynov
 





20/08/14    Çap et