Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin 7-ci sinifləri üçün hazırlanan “İnformatika” dərsliyi artıq çapdadır


2014-2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin 7-ci sinifləri üçün hazırlanan “İnformatika” dərsliyi artıq çapdadır.
 
Dərsliyin həmmüəllifləri Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayevadır.
 
Yeni dərslikdə yer alan bölmələrə “Kompüter”, “Proqramlarla iş”, “İnformasiya”, “Proqramlaşdırma” və “İnternet” daxildir. Dərslikdə hər mövzu üzrə olan materiallar xarakterinə görə müvafiq ardıcıllıqla yerləşdirilib. Milli kurikulum əsasında hazırlanan “İnformatika” dərslik komplektinə “Dərslik” və “Müəllim üçün vəsait” daxildir. Müəllimlər “İnformatika” fənni üzrə metodik vəsaiti sentyabrın əvvəlində məktəb kitabxanalarından əldə edə biləcəklər.
 
Dərsliyin elektron versiyası isə “www.informatik.az” saytında yerləşdiriləcək.
 
 
Qeyd edək ki, məktəb “İnformatika” kursunun əsas vəzifələrindən biri şagirdlərdə informasiya mədəniyyətini, ən başlıcası, alqoritmik təfəkkürü formalaşdırmaqdır.
 
 
HƏQİQƏT




20/08/14    Çap et