Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəhəng proqram təminatı istehsalçısı ABŞ-ın sanksiya tətbiq etdiyi şirkətlərlə əməkdaşlığı dayandırır



Dünyanın ən iri layihələşdirmə proqram təminatı istehsalçısı ABŞ-ın sanksiya  tətbiq edildiyi Rusiya şirkətləri ilə əməkdaşlığa son qoyur.

Arxitektor və mühəndis layihələşdirməsi üçün nəzərdə tutulan proqram təminatı tərtibatçısı "Autodesk" sanksiya tətbiqi siyahısında olan Rusiya şirkətləri ilə əməkdaşlığı kəsmək niyyətindədir.
 
"ICTnews" xəbər xidmətindən "www.astera.ru" saytına istinadən verdiyi məlumata əsasən, sözügedən şirkət  rusiyalı tərəfdaşlarına ABŞ-ın Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalmış qurumların proqram məhsulları təchizatını dayandırmaq tələbi ilə müraciət edib.

"Autodesk" proqramları tikintidə, neft-qaz, kimya, metallurgiya sənayesində və maşınqayırmada, həmçinin müdafiə sənayesi kompleksində istifadə edilir.
 
İstehsalçı Rusiya şirkətləri hesab edirlər ki, bu qadağa onların fəaliyyətlərinə təsir göstərməyəcək.
 
Aynur Vəliyeva




20/08/14    Çap et