Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaddaş çipləri bazarında “Samsung”un mövqeyi möhkəmlənib


2014-cü ilin ikinci rübündə “Samsung Electronics” şirkəti qlobal yaddaş çipləri bazarında öz payını yüksəldərək növbəti dəfə sahə üzrə liderliyini təsdiqləyib.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IHS iSuppli” analitik şirkətinin hesablamalarına əsasən, 2014-cü ilin  aprel-iyun aylarında “Samsung” 6,7 milyard ABŞ dolları məbləğində yaddaş mikrosxemləri satıb ki, bu da cari ilin əvvəli ilə müqayisədə 14,2% yüksəkdir. Nəticədə Cənubi Koreya şirkətinin bu məhsul bazarında payı 2.3% artaraq 34,7%-ə çatıb. Ötən rüb bu göstəricisi 32,4% səviyyəsində olub.
 
Mütəxəssislər “Samsung”un mövqeyinin möhkəmlənməsini ultramüasir texnologiyalar üzrə mikrosxemlərinin satış həcminin artımı ilə izah edirlər.
 
Emil Hüseynov
 




20/08/14    Çap et