Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vençur kapital nümayəndələrini daha çox “bulud” sistemləri, mobil texnologiyalar və robot texnikası maraqlandırır


Sərmayədarların ABŞ-ın informasiya texnologiyaları (İT) sahəsində fəaliyyət göstərən şirkətlərinə inamı artır. Bu barədə “Deloitte & Touche” konsultasiya şirkətinin və ABŞ Milli Vençur Kapitalı Assosiasiyasının birgə hesabatında deyilir. Cari ilin may-iyununda keçirilən və 300-dən çox investisiya şirkətinin iştirak etdiyi sorğu göstərib ki, vençur kapital nümayəndələrini daha çox “bulud” sistemləri, mobil texnologiyalar və robot texnikası maraqlandırır.  
 
Vençur kapital ardıcıl üçüncü ildir “bulud” həllərinə inam göstərsə də, mobil texnologiyalar heç də onlardan geri qalmır. İl ərzində daha çox inam robot texnikası sahəsinə investisiya qoyuluşuna (14 faiz) artıb. “Bulud” sistemlərinə sərmayə yatırımına inam korporativ proqram təminatına qoyulan investisiyalar kimi 2 faiz yüksəlib. Həmçinin səhiyyə və xidmətlər sahəsində İT sahəsinə investisiya qoyuluşlarında 9 faizlik artım qeydə alınıb. O da qeyd olunur ki, ABŞ vençur investorları yarımkeçirici texnologiyalar, eləcə də energetika və ekoloji təmiz texnologiyalara daha az maraq göstərirlər. 
 
Analitiklərin qənaətinə görə, maliyyə dəstəyində belə tendensiyaların müşahidə olunması mobil qurğular üçün optimallaşdırılan “bulud” servislərinin sayının artması ilə nəticələnəcək, - “Computerworld” www.osp.ru yazır.




21/08/14    Çap et