Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ilədək televizorların 75 faizi “ağıllı” olacaq


“J'son & Partners Consulting” şirkəti 2017-ci ilədək qlobal “ağıllı” televizor bazarı üzrə proqnozunu dərc edib.

“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, qiymətləndirmələrə görə, 2013-cü ildə dünyada 234 milyon televizor satılıb. Analitiklərin məlumatına görə, qurğuların 76 milyonu “Smart TV” funksionallığını dəstəkləyib.

Proqnozlara görə, 2017-ci ilədək televizorların satış həcmi 257 milyonu ötəcək və “ağıllı” panellərin sayı 185 milyonu təşkil edəcək. Beləliklə, ümumi televizor satışında “Smart TV”nin payı 73  faizədək artacaq. Yəni, satılmış televizorların 75 faizi internetə çıxış funksiyasına malik olacaq.

Emil Hüseynov
 




21/08/14    Çap et