Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“GoldenPay” Bakı Fond Birjasında səhmlərinin ilkin satışını təşkil edəcək
Azərbaycanın ilk onlayn ödəniş sisteminin yaradıcısı "GoldenPay" şirkəti bu il Bakı Fond Birjasında səhmlərinin ilkin satışını (IPO) təşkil edəcək.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, emitent kimi çıxış edəcək "Golden Pay" şirkəti hazırda IPO-nun hazırlanmasının son mərhələsindədir.
"Biz bu gün artıq IPO-nun parametrlərini və keçirilmə tarixini müəyyən etmişik. Yaxın günlərdə biz IPO-nu sanksiyalaşdırmaq məqsədi ilə sərmayədarların ümumi toplantısını keçirmək niyyətindəyik və bundan sonra ictimaiyyətə daha ətraflı məlumat təqdim edəcəyik. Artıq bu gün əminliklə deyə bilərik ki, ilk IPO bu il keçiriləcək", – deyə şirkətdə bildiriblər.
Qeyd edək ki, ilkin hesablamalara görə hazırda "Golden Pay"in nizamnamə kapitalı 571 min manatdır. Hər səhmin dəyəri 1 manat səviyyəsində müəyyən edilib.
Aynur Vəliyeva
21/08/14 Çap et