Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia”nın kartoqrafiya xidmətinin inkişaf direktoru şirkəti tərk edir
“Nokia”nın kartoqrafiya biznesinin inkişafı üzrə direktoru Maykl Xalbxerr öz postunu tərk edir. O, öz layihələri ilə məşğul olmaq üçün 2014-cü il sentyabrından “Here” xidmətinin baş direktoru vəzifəsini tərk edir.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Kliff Foks kartoqrafiya xidmətinin inkişaf üzrə rəhbər vəzifəsinə müvəqqəti icraçı təyin edilib. O, “Here” xidmətinin bölmələrindən birinin baş vitse-prezidentidir. “Nokia” şirkəti artıq şirkətin daxilində və kənarda “Here” xidməti üçün yeni direktor axtarışlarına başlayıb.
“Nokia” – Finlandiya şirkətidir, mobil, stasionar, genişzolaqlı və İP şəbəkələr üçün telekommunikasiya avadanlığı istehsalçısı, “here.com” kartoqrafiya xidmətinin istehsalçısı, köhnə smartfon və mobil telefon istehsalçısıdır.
Emil Hüseynov
21/08/14 Çap et