Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daxili İşlər Nazirliyi telekommunikasiya avadanlıqlarını yeniləyir


Azərbaycan Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi telekommunikasiya avadanlıqlarının satın alınması üzrə 7 müqavilə imzalayıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, müqavilələrin ümumi dəyəri 226433, 53 manat təşkil edib.
 
Daxili İşlər Nazirliyinin qurumunun bağladığı müqavilələrin üçü “FORVARD-CO” şirkəti ilə bağlanılıb və onların ümumi dəyəri 86883,4 manat təşkil edib.
 
Digər dörd müqavilə “CCİ Technology” (25474,55 manat), “İKTEX” (38409 manat), “NBC” (48826,3 manat), “EXİLES-STS” (26840,28 manat) şirkətləri ilə bağlanılıb.
 
Aynur Vəliyeva




21/08/14    Çap et