Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiyalıların 78 faizi mobil spamdan bezib
“ESET” antivirus istehsalçısı smartfon və planşet bazarında spam vəziyyətini araşdırmaqdan ötrü 900 mobil qurğu istifadəçisi arasında sorğu keçirib.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, rusiyalı respondentlərin 78 faizi reklam xarakterli SMS mesaj və zənglərdən şikayət ediblər. 2013-cü ildə bu göstərici 76 faiz təşkil edib. Rəyi soruşulanların təxminən 3 faizi reklam xarakterli zənglərdən narahatdırlar. İstifadəçilərin 61 faizi SMS spama məruz qalır. Respondentlərin 14 faizi üçün hər iki problem aktualdır.
Sorğu iştirakçılarının yalnız 22 faizi mobil spam almırlar. Onlar bildirir ki, bu, həm kütləvi SMS mesajlarını filtrasiya edən mobil operator, həm də mobil antivirusdan istifadə edən cihaz sahiblərinin xidmətidir.
Emil Hüseynov
21/08/14 Çap et