Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu İT təchizatını təkmilləşdirir
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu İT təchizatının təkmilləşdirməsi ilə bağlı tədbirlər görür.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, fond bu məqsədlə ümumi dəyəri 335610, 64 manat olan üç müqavilə imzalayıb.
“AİSTGROUP” MMC ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu arasında yerli orqanlarının idarəetmə sistemlərinə texniki xidmətin göstərilməsi üzrə 288 min manat dəyərində müqavilə bağlanıb.
“Softlayn İnterneyşnl” MMC ilə bağlanan daha bir müqavilə 25 676,80 manat dəyərində olub və Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun aparatında və yerli orqanlarında istismarda olan server və kompüterlər üçün antivirus proqram təminatının satın alınmasını nəzərdə tutur.
Üçüncü müqavilə “Bakinity Distribution” MMC ilə bağlanıb.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun aparatında internet resurslarından təhlükəsiz istifadəsini və fərdi məlumatların qorunması qurğularında istismarda olan proqram təminatlarına yeni lisenziyanın satın alınmasını nəzərdə tutan müqavilənin ümumi dəyəri 21 933,84 manat olub.
Aynur Vəliyeva
21/08/14 Çap et