Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2018-ci ilədək dünyada 250 milyon daşınan qurğu istifadə olunacaq
"CCS Insight" analitikləri daşınan elektronika bazarında kəskin artım proqnozlaşdırırlar. 2014-cü ildə "ağıllı qolbaq", kompüterləşdirilmiş saat, "ağıllı eynək" və başqa daşınan qurğuların tədarük həcmi 22 milyona çatacaq ki, bu da ötən ilki göstəricidən 129 faiz yüksəkdir. 4 il sonra ümumi göstərici 135 milyonu ötəcək.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin fikrincə, nəzərdən keçirilən dövrdə bazarda "ağıllı qolbaq" və "ağıllı saat"ların payı çoxluq təşkil edəcək: 2018-ci ilədək onların tədarükü müvafiq olaraq 50 və 68 milyona çatacaq.
Proqnozlaşdırılan dövrün sonunadək dünyada istifadə edilən daşınan qurğuların sayı 250 milyona çatmalıdır ki, onların da 77 faizi inkişaf etmiş ölkələrin sakinlərinin payına düşəcək. Məhz sonuncu daşınan elektronika bazarında əsas artım mənbəyi olacaq, halbuki inkişaf etmiş ölkələrdə sözügedən cihazlar bir qədər gec populyarlaşacaq.
Hazırda Şimali Amerika daşınan elektronikanın tətbiqi üzrə liderdir: 2013-cü ildə burada 5,2 milyon belə qurğu satılıb və hazırda istifadə edilən daşınan cihazların 40 faizi bu regionun payına düşür.
Emil Hüseynov
21/08/14 Çap et