Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome” brauzeri üçün genişlənmələrin 10 faizi məlumatları ələ keçirir və zərərlidir


İT təhlükəsizlik sahəsi üzrə mütəxəssislər populyar “Google Chrome” brauzeri üçün 48 min genişlənməni təhlil edərək müəyyənləşdiriblər ki, onların təxminən 10 faizi “qaranlıq” fəaliyyətlə məşğuldur. 130 genişlənmə aşkar zərərli proqram təminatıdır, 4700-dən çoxu istifadəçidən xəbərsiz fərdi məlumatlar toplayır, həmçinin başqa zərərli hərəkətlər edir.

 
“Belə genişlənmələri quraşdıraraq siz onun zərərli olması ilə bağlı heç bir sübut tapa bilməyəcəksiniz. Mexanizmi işə salmaq üçün internetdə müəyyən resursa daxil olmaq lazımdır”, – tədqiqat iştirakçılarından biri bildirib.

 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, məsələn, Çinin 5.5 milyon istifadəçisi genişlənməni quraşdırdıqdan sonra onun açıq kanallar vasitəsi ilə saytlara daxilolma haqqında bütün statistikanı anonim serverə ötürməsi haqda xəbərsiz olublar.

 
“Google” şirkəti mövcud problemdən xəbərdardır və təhlükəsizlik sahəsində belə boşluqları aradan qaldıran tədbirlər görürlər.
 
Emil Hüseynov
 




22/08/14    Çap et