Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti “L Fino” və “L Bello” smartfonlarını buraxacaq


“LG” şirkəti iki yeni ucuz smartfonunu nümayiş etdirib. “L Fino” və “L Bello” smartfonları gənclər, həm də ilk dəfə “ağıllı” telefon satın alanlar üçün nəzərdə tutulub.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, qurğuların dizaynı “LG”nin qabaqcıl “G3” smartfonuna oxşayır. Smartfonlar “Android 4.4.2” mobil əməliyyat sistemi ilə işləyəcək.
 
“L Fino” modeli 800 x 480 nöqtə (WVGA) təsvir ölçülü 4,5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli yaddaş və 4 QB daxili yaddaşla (microSD kartının köməyi ilə genişlənmə imkanı mövcuddur) təchiz olunub. Həmçinin 8 meqapiksellik arxa, 0,3 meqapiksellik ön kamera quraşdırılıb. Akkumulyator batareyasının tutumu 1900 milliamper/saat təşkil edir.
 
“LG Bello” smartfonu 854x480 meqapiksel təsvir ölçülü 5 düymlük “IPS” ekran, 1.3 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. 8 meqapiksellik əsas, 1 meqapiksellik ön kamera modulu quraşdırılıb. Akkumulyatorun tutumu 2540 milliamper/saat təşkil edir.
Qurğu, əsasən inkişaf etməkdə olan ölkələrdə satışa çıxarılacaq.
 
Emil Hüseynov
 




22/08/14    Çap et