Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google”un səs axtarış sistemi eyni zamanda bir neçə dili “başa düşür”
Səsin köməyi ilə müxtəlif dillərdə informasiya axtaran istifadəçilər artıq "Google"un səs axtarışından daha rahat istifadə edəcək. Bu həftə "Android" smartfonlarda çoxdilli funksionallığı təmin edən "Google Search" tətbiqi yenilənib.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, bundan əvvəl "Google Now" və ya səs axtarışının başqa dili "başa düşməsi" üçün sazlamaları dəyişmək lazım idi. "Google"un səs axtarışı 50 dili dəstəkləyir.
Amma bir sıra məhdudiyyətlər var.
Hələ ki yeniləmə yalnız "Android" platforması üçün əlçatandır.
Emil Hüseynov
22/08/14 Çap et