Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda aqrar sahədə informasiya monitorinq sisteminin yaradılması nəzərdə tutulur
Azərbaycanda aqrar sahədə tədqiqatlar və innovasiyalar sistemi təşkil olunacaq. Bu mövzu ilə bağlı müzakirələr Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi ilə (EİM) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi arasında keçirilən görüşdə aparılıb.
Belə ki, EİM-in Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov başda olmaqla qurumun bir qrup əməkdaşı sözügedən elm mərkəzində olublar.
Mərkəzin direktoru, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Əsəd Musayev və direktor müavini, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Eldar Kosayevlə görüşüb. AMEA Elmi İnnovasiyalar Mərkəzinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Orxan Məmmədov qeyd edib ki, görüşdə aqrar sahədə tədqiqatlar və innovasiyalar sisteminin təşkili mövzusunda söhbətlərlə yanaşı, əsas iqtisadi problemləri tədqiq etmək, xırda fermer təsərrüfatı sahəsində sahibkarlığın inkişafı, informasiya monitorinq sisteminin yaradılması, taxıl istehsalı və emalına dair yeni layihələrin işlənməsi və s. mövzuda fikir mübadiləsi olub.
Həqiqət İSABALAYEVA
22/08/14 Çap et