Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
EİM-də Ukrayna ilə innovativ texnologiyalar sahəsində hazırlanacaq birgə layihələrə aid fikir mübadiləsi aparılıb
Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) ilə Ukrayna Milli Elmlər Akademiyasının A.Podqornıy adına Maşınqayırma Problemləri İnstitutu arasında elm və texnika sahəsində qarşılıqlı əməkdaşlığın təşkil olunması qərara alınıb.
Qərar EİM-in Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov və A.Podqornıy adına Maşınqayırma Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Oleq Kravçenko və “AP-İNVEST” şirkətinin nümayəndəsi Andrey Voytovski ilə keçirilən görüşdə verilib.
AMEA Elmi İnnovasiyalar Mərkəzinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Orxan Məmmədovun sözlərinə görə, görüşdə qonaqlara Elmi İnnovasiyalar Mərkəzinin fəaliyyəti, gördüyü işlərlə bağlı məlumat verilib, innovativ texnologiyalar sahəsində hazırlanacaq birgə layihələrə aid fikir mübadiləsi aparılıb.
Həqiqət İSABALAYEVA
22/08/14 Çap et