Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ hakimiyyəti sükansız avtonom avtomobilləri qadağan edib


Cari ilin yazında “Google” şirkəti avtonom elektrik avtomobilinin prototipini nümayiş etdirib. Amma Kaliforniya ştatı avtomobil inspeksiyasının sentyabrın ortalarından tətbiq edəcəkləri yeni qaydalara əsasən, insan tərəfindən idarə olunmanı nəzərdə tutmayan avtomobillərdən istifadə qadağan olunacaq.
 
“The Wall Street Journal” nəşri yazır ki, sənədə əsasən, hər bir sınaq avtomobili sükana, həmçinin ən azı iki pedala (qaz və tormoz) malik olmalıdır.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, beləliklə, “Google” şirkəti gələcəyin avtonom avtomobillərini sınaqdan keçirmək istəyirsə, o zaman şirkət ya hərəkət olmayan yollarda, ya da Kaliforniyadan kənarda bunu etməli olacaq.
 
Jurnal yazır ki, “Google” şirkəti ümumilikdə 100 avtonom elektrik avtomobili prototipi buraxmaq niyyətindədir, onların maksimal hərəkət surəti saatda 25 milə (təxminən 40 km/saat) çatır.
 
Emil Hüseynov




22/08/14    Çap et