Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda İT layihələrin menecerləri dövlət sektoru ilə təcrübələrini bölüşəcəklər
Avqustun 29-da Azərbaycan Layihə İdarəetməsi Assosiasiyasında layihə menecerlərinin “Dövlət sektoru ilə işdə layihələrin idarə etməsi üzrə praktiki məsləhətlər” mövzusunda görüş keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, görüşün əsas məqsədi təcrübə mübadiləsi və gələcəkdə beynəlxalq standartlar üzrə birgə layihələrin hazırlanmasıdır.
Tədbir çərçivəsində “ExtraWeb” şirkətinin layihələr üzrə direktoru Xəyyam Bayramov məruzə ilə çıxış edəcək. Məruzəçi layihə menecerinin dövlət orqanları ilə işlədikdə hansı tipik səhvlərə və risklərə yol verməməsinin vacib olduğu haqda bəhs edəcək.
Görüşdə layihə idarəetməsi anlayışı, hazırlıq və kommunikasiya, icra və faza, layihənin uğurla başa çatdırılması kimi mövzular müzakirə ediləcək.
Aynur Vəliyeva
22/08/14 Çap et