Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “iPhone” və “iPad” kameraları üçün “3D” rejimini patentləşdirib


ABŞ-ın Ticarət Markaları və Patentlərin Qeydiyyatı Bürosu “Apple” şirkətinin patent sifarişini dərc edib.
 
“ICTnews” xəbər xidmətinin “http://yablyk.com” saytına istinadən verdiyi məlumata əsasən, patent sifarişində “iPhone” və “iPad”la çəkilmiş təsvirlər üzərində onların “3D” texnologiyası  üçün iş üsulları təqdim edilir.
 
Patentdə təsvir edilmiş ixtiralar smartfon və ya planşetin sensor ekranında üçölçülü obyektlərin təsvirlərini əldə etməyi nəzərdə tutur. Bu arada istifadəçi interfeysinin idarəedilməsi elementləri virtual düymə kimi təsvir edilir.
 
Aynur Vəliyeva




23/08/14    Çap et