Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Smart TV”lərdə boşluq aşkarlanıb
İnternet və internet routerə qoşulma imkanına malik televizorlar (Smart TV) boşluqlara malikdir. Nəticədə kibercinayətkarlar pulu oğurlaya və veb-kameralara giriş ala bilərlər. Bu haqda “Kasperski Laboratoriyası”ndan bildirilib.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, şirkətin ekspertləri “Smart TV” funksiyasına malik televizora hücum etməyə müvəffəq olublar. Əgər bu hücum cinayətkarlar tərəfindən edilsə, o zaman istifadəçi kontent üçün tələb olunan ödənişi fırıldaqçılara göndərəcək.
Şirkətdən bildirilib ki, belə hücuma səbəb trafikin şifrələnməməsidir.
Emil Hüseynov
23/08/14 Çap et