Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin oktyabrda yeni əməliyyat sistemini nümayiş etdirəcək
Çin proqramçıları bu ilin oktyabrında yeni əməliyyat sistemini (ƏS) ictimaiyyətə nümayiş etdirəcəklər. "Xuansyu şibao" nəşri yazıb ki, bu addım Çinin proqram təminatı bazarında “Microsoft”un inhisarçılığını ləğv etməyə imkan verəcək.
"Yeni sistem öncə yalnız masaüstü kompüterlər üçün əlçatan olacaq, daha sonra smartfon və başqa mobil qurğulara quraşdırmaq mümkün olacaq – yeni ƏS-nin tərtibatçılar komandasına rəhbərlik edən Çin mühəndislik akademiyasının eksperti Ni Quannan deyib. Biz “Microsoft”, “Apple” və “Google” şirkətləri ilə rəqabət aparmaq niyyətindəyik".
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bununla belə, Ni Quannan etiraf edib ki, bəzi tədqiqatların aparılması üçün vəsaitə ehtiyac var.
Bu, Çinin xarici şirkətlər tərəfindən yaradılmış proqram təminatından imtina etməsi ilə bağlı birinci cəhdi deyil. ABŞ-ın PRISM kod adlı məxfi elektron izləmə proqramı haqda informasiyanın elanından Çində şəxsi əməliyyat sistemlərinin hazırlanması sürətlənib.
Emil Hüseynov
25/08/14 Çap et