Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ 2 ekzoskeleti sınaqdan keçirir
Müxtəlif növ silahların hazırlanmasında iştirak edən məşhur “Lockheed Martin” şirkəti ABŞ Müdafiə Nazirliyinə sadə tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulan 2 ekzoskelet prototipini təqdim edib.
Bu yaxınlarda “Lockheed Martin” ABŞ hökuməti ilə iki ekzoskeletin sınağı üçün saziş imzalayıb. Sənaye istifadəsi üçün nəzərdə tutulan “Fortis” kostyumları ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) texniki xidmət heyətinə ağır avadanlıqların qaldırılması və ya daşınmasında kömək edəcək. Sazişə əsasən, ABŞ hökuməti ekzoskeletlerdən gəmiqayırmada tətbiqini yoxlayaraq qiymətləndirməlidir. Bildirilir ki, ABŞ HDQ hazırlanmış ekzoskeletlərdən Virciniya ştatında yerləşən Norflok hərbi-dəniz tərsanəsində sınaqdan keçirəcək.
Yüngül və mühərriksiz “Fortis” ekzoskeleti öz daşıyıcısı üçün əlavə güc və dözümlük təmin edərək torpaqdan ağır yükün aparılmasında dayaq kimi istifadə edir. Kostyumun hazırlanmasında alimlər “Arximed mexanikası”ndan – ling prinsipindən istifadə ediblər.
“Lockheed Martin” nümayəndələri qeyd ediblər ki, "Fortis” ekzoskeletini fərdi parametrlərə uyğunlaşdırmaq mümkündür. Kostyumun mövcud versiyası çəkisi 16 kq təşkil edən əşyaları asanlıqla qaldırmağa imkan verir.
“Lockheed Martin” mütəxəssisləri ekzoskeletlərin hazırlanması texnologiyası ilə son beş ildə məşğul olub, lakin şirkət nümayəndəsinin sözlərinə görə, ABŞ hökuməti ilk dəfədir sənaye istifadəsi üçün kostyumlara maraq göstərir. İlk ekzoskeletin ABŞ HDQ tərəfindən sınaqdan keçirilməsinə baxmayaraq bu, “Lockheed Martin” üçün Müdafiə Nazirliyinin ehtiyaclarına uyğun texnologiyaların təkmilləşdirilməsində gözəl imkandır. Bu barədə xarici KİV məlumat verib.
25/08/14 Çap et