Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” “iPhone 5” smartfonunda batareya problemi olduğunu etiraf edib
“Apple” şirkəti “iPhone 5” smartfonunda akkumulyatorun tez boşalmasını rəsmən etiraf edib. ABŞ korporasiyasından bildirilib ki, bu problem satılmış qurğuların az bir hissəsində qeydə alınıb.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, 2012-ci ilin sentyabrından 2013-cü ilin yanvarınadək satılmış “iPhone 5” smartfonlarında akkumulyatorların tez boşalması qeydə alınıb. “Apple”ın xüsusi səhifəsində smartfonun seriya nömrəsini daxil edərək onun brak partiyaya aid olub-olmamasını yoxlamaq olar.
ABŞ şirkəti problemli “iPhone 5” smartfonlarında akkumulyatorların ödənişsiz əvəzlənməsi proqramına start verib. ABŞ və Çində artıq bu proqrama start verilib, “Apple”-ın rəsmi dəstəyi olan başqa ölkələrdə bir həftə sonra başlayacaq.
Emil Hüseynov
25/08/14 Çap et